SON XƏBƏR

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlar açıqlandı

Mart 16
14:45 2020
Dünəndən etibarən Palmali Şirkətlər Qrupunun rəhbəri, "Xəzər Lənkəran"ın fəxri prezidenti azərbaycanlı iş adamı Mübariz Mənsimov və şirkətin meneceri Nuray Nurcahan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

Qlobal.az axar.az-a istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Mənsimov və Perkerin FETÖ-nun yüksək səviyyəli rəsmisi ilə sıx əlaqədə olduğu bildirilib.

Mənsimovun İstanbulun Beşiktaş rayonundakı evində və Leventdəki ofisində axtarış aparıldığı və İstanbul Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsində araşdırma aparıldığı da qeyd olunub.

Türkiyə hökumətinin 667 saylı qərarı ilə bağlanılan Türk-Rus Vəqfinin də qurucusu olan Mənsimovun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nun yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanılan "Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu iddia edilib.

Bundan başqa Mənsimovun FETÖ-nun Rusiya imamı olan və haqqında axtarış elan olunan "Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan "Jammer” cihazını tətbq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır. Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib.

Azərbaycanlı iş adamının haqqında axtarış elan olunan FETÖ-çu Müəmmər İhsan Kalkavan, FETÖ-nun Yüksəl-Karkın-Küçük (YKK) vəkillik bürosu ilə də sıx əlaqədə olduğu iddiası müzakirədədir.

Şirkətin idarəçisi Nuray Nurcahan Perkerin Mənsimovun bütün işlərini idarə etdiyi qeyd edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook