SON XƏBƏR

MTRŞ sədrindən ANS-lə bağlı açıqlama

May 07
11:15 2019
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.
 
N.Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil:

"ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apellyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook