SON XƏBƏR

MTN generalı hökmə etiraz etdi

Dekabr 11
10:55 2017
Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Qlobal.Az "qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş "MTN-çi”lər onlar bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook