SON XƏBƏR

MSK şikayətləri araşdıran zaman əsas götürdüyü faktorları açıqladı

Fevral 20
11:13 2020
"Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılan Ekspert qrupu müraciətləri araşdıran zaman 3 faktoru əsas götürür".
 
"Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
 
Onun sözlərinə görə, bunlar, dairə seçki komissiyalarından (DSK) MSK-ya daxil olan protokollar və digər sənədlər, sosial şəbəkələrdə yayılan informasiyalar və namizədlərin, onların vəkillərinin, səlahiyyətli nümayəndələrinin məntəqə seçki komissiyalarında gördükləri barədə aktlardır: "Onların 3-ü birlikdə araşdırılır və Ekspert qrupu öz rəyini MSK-ya təqdim edir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook