SON XƏBƏR

MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"

Yanvar 20
13:18 2018
"Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”.
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
 
M. Pənahov siyasi partiyaların illik hesabatlarını MSK-ya göndərməyə başladıqlarını söyləyib: "Artıq hesabatları göndərməyə başlayıblar. Biz çalışırıq bunu qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların bu məsələyə münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Eyni zamanda, bu gün mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook