SON XƏBƏR

MSK seçkini izləyəcək müşahidəçilərin sayını açıqladı – Əcnəbilər nə qədər olacaq?

Aprel 09
13:18 2018
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu günə qədər prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook