MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb
Yanvar 13
12:54
2020
Mərkəzi Seçki Komissiyasının "Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.
APA-nın məlumatına görə, bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə Seçki-2020 Müstəqil Media Mərkəzinin açılışı olub.
Yerli və beynəlxalq KİV-lərin asan və sərbəst məlumat əldə etmələri üçün "Seçki-2020” Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanışa olan MSK sədri M. Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.