SON XƏBƏR

“Mossad” İranın nüvə arxivini ələ keçirdiyini iddia edir - Müharibə hər an başlaya bilər

May 01
10:12 2018
Azadlıq Radiosuna xəbər verir ki, aprelin 30-da axşam İsrailin sionist baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki "Kiriya” iqamətgahında xalqa dramatik müfraciətlə çıxış edib. Sionist baş nazir "Mossad”ın İranın nüvə arxivini bütünlüklə ələ keçirdiyini, bununla da Tehranın nevə silahı proqramından imtina etməyib beynəlxalq ictimaiyyəti aldatdığını iddia edib.
 
Əli Fələstin xalqının qanına batan Netanyahunun xalqa mühüm müraciətlə çıxış edəcəyi əvvəlcədən anons edilib. Baş nazir çıxışını indilis dilində başlayıb və bildirib ki, İsrail kəşfiyyatı İranın nüvə arxivini ələ keçirməyə müvəffəq olub. "Mən yaxın dəqiqlələrdə İranın məxfi nüvə proqramları barədə dünyaya təkzibedilməz dəlillər təqdim edəcəyəm”-Netanyahu bildirib.
 
Sionist baş nazir elan edib ki, guya İsrailin sərəncamında İranın nüvə proqramına dair 100 mindən çox fayl-çertyojlar, fotolar, video və mətnlər var. "Söhbət elə sənədlərdən gedir ki, əvvəllər dünya ictimaiyyətinə təqdim edilməyib. Söhbət İsrail kəşfiyyatının tarixində ən böyük nailiyyətlərdən birindən gedir”-hökumət başçısı deyib.

Terror əsdirən Netanyahunun sözlərinə görə, guya ələ keçirilən sənədlər İranın dünyanı öz nüvə proqramları barədə aldatdığını sübut edir. Və bu sənədlər ABŞ-a, digər Qərb ölkələrinə təqdim olunub.
 
"Nüvə razılaşmasının imzalanmasından sonra İran öz nüvə proqramını gizlətmək üçün böyük səy göstərib. Tehran öz nüvə arxivini məxfi yerə köçürüb. Bu arxivin harada olduğunu cəmi bir neçə nəfər bilirdi. Bir neçə həftə əvvəl İsrail bu arxivdən ton yarıma yaxın sənəd-55 minə yaxın sənəd və foto, 183 diksdə saxlanılan 55 min fayl ələ keçirib”-Netanyahu elan edib.

İsrail sionist baş naziri deyib ki, bu sənədlərin açıqlanmasından sonra ABŞ prezidenti Donald Trampın İrana dair "düzgün qərar” qəbul edəcəyinə inanır. "Mən əminəm ki, o bir neçə gün sonra İsrail üçün, ABŞ üçün və bütün dünyanın təhlükəsizliyi üçün düzgün qərarı verəcək”-o bildirib.
 
Virtualaz.org İsrail KİV-lərinə istinadla xəbər verir ki, Netanyahu xalqa müraciətə başlamazdan əvvəl öz çıxışını Fransa prezidenti Emmanuel Makronla və Almaniya kansleri Angela Merkellə müzakirə edib. Məlumatlara görə Fransa prezidenti İranla nüvə sazişinə düzəlişlər edilməsində israrlıdır. Merkelin yaxın ətrafındakı mənbə isə "Channel 10” telekanalına "Netanyahunun təqdim etdiyi informasiyaların yeni olmadığını” deyib.

Netanyahunun xalqa müraciətinin ardınca "Channel 10” telekanalı adından Vatsap-da İranın yaxın 24 saatda İsrailə qarşı müharibəyə başlayacağı haqda xəbərin skrinşotu yayılıb. Orada bildirilirdi ki, İsrail hökumətinin təhlükəsizlik kabineti təcili olaraq "Kiriya” iqamətgahında toplaşıb və müharibəyə hazırlığı müzakirə edib. Lakin bir neçə dəqiqə sonra telekanal bu məlumata aidiyyatı olmadığını açıqlayıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook