SON XƏBƏR

Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib

Yanvar 23
01:59 2017
Heydərabad-Bakı-Moskva reysi ilə uçan təyyarə Bakıda təcili eniş edib.

"Report" xəbər verir ki, təyyarənin göyərtəsində "A" hidrosisteminin öz germetliyini itirməsi hadisəsi baş verib.

Hava gəmisi uçuş-eniş zolağının ərazisində dayanıb. Təyyarə eniş edən zaman ön şassi dayağı açılmayıb, daha sonra heyət üzvləri hava gəmisini endirə biliblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarə yedəyə alınaraq uçuş-eniş zolağından çıxarılıb. Hazırda təyyarə texniki baxışdan keçirilir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook