SON XƏBƏR

Moskvanın mərkəzində “Putin-ölümdür!” şüarı asıldı VİDEO

Mart 07
10:18 2017
Moskvada Putin əleyhinə şüar yazılmış böyük banner asılıb.
 
Banneri asan cəsur fəalları aksiyalarından bir neçə dəqiqə sonra həbs ediblər. Körpüyə asılmış nəhəng banner rusiyalı fəal Denis Styajkinin "Livejournal” saytında nəşr olunub. "Putin müharibədir. Putin ölümdür” yazılmış banner Komsomol meydanındakı körpüyə asılıb.
 
Fəallar banneri asdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları özlərini yetiriblər. Onlar aksiya ilə bağlı üç fəalı –Nikolay İqrakovu, Pavel Kuznetsovu və Yekaterina Rıjiki saxlayıblar. Banner iki dəqiqədən sonra körpüdən götürülüb.
 
Styajkin yazır ki, həbs olunan fəallara İnzibati Xətalar Məcəlləsinin (ictimai yerdə müəyyən edilmiş qaydaların pozulması) 20.2 maddəsi ilə cəza veriləcəyi gözlənir.

azadliq.info
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook