SON XƏBƏR

Moskvada Sergey Lavrov və Reks Tillerson arasında görüş keçirilib

Aprel 12
13:26 2017
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.
 
"Report" xəbər verir ki, tərəflər əvvəlcə mətbuata qapalı görüş keçiriblər.
 
Ardından xarici siyasət qurumlarının rəhbərləri geniş tərkibdə görüş keçirib. Görüşdə S.Lavrov R.Tillersonun səfərinin Suriya məsələsində əməkdaşlıq və antiterror cəbhəsi yaradılması baxımından uğurla vaxta təsadüf etdiyini vurğulayıb. O, Moskvanın ABŞ-ın gələcəkdə Suriyaya zərbələr endirməməsinin prinsipial vacib olduğunu diqqətə çatdırıb.
 
Öz növbəsində R.Tillerson S.Lavrov ilə əvvəlki görüşləri və onunla apardıqları telefon danışıqlarını xatırladaraq rabitə kanallarını açıq saxlamağın vacibliyini bildirib.
 
Qeyd edək ki, bu, R.Tillersonun Moskvaya ilk səfəridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook