SON XƏBƏR

Moskvada keçirilmiş icazəsiz aksiyanın 800-dən çox iştirakçısı saxlanılıb

Mart 27
09:48 2017
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində keçirilmiş razılaşdırılmamış aksiyanın 800-dən çox iştirakçısı saxlanılıb.
 
Bu barədə "RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
 
"Son məlumata görə, sanksiyalaşdırılmamış aksiyada saxlanılanların sayı 800-ü ötüb” – deyə mənbə bildirib.
 
Agentlik bu məlumatın rəsmi təsdiqini almayıb. Paytaxtın mərkəzində keçirilmiş aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmamışdı.
 
Bundan əvvəl isə Moskvada icazəsiz aksiya zamanı saxlanılanların sayının 500 nəfərdən çox olması haqda xəbər verilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook