SON XƏBƏR

Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq

Aprel 18
15:17 2019
ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılacaq.

"Report” xəbər verir ki, bunu həftəlik brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O, tərəflərin aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəyini diqqətə çatdırıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook