SON XƏBƏR

“Moskva İrəvanla Bakı arasında dialoqu dəstəkləyəcək” - Zaxarova

Yanvar 15
13:16 2021
Moskva, İrəvan və Bakı arasında birbaşa dialoqun qurulmasını və iki ölkənin birgə humanitar tədbirlər həyata keçirilməsini hər şəkildə alqışlayacaq.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Fikrimizcə, bu cür təşəbbüslər barışıq, etimad, qarşılıqlı anlaşma mühitinin formalaşmasına kömək edir, hər iki ölkənin xalqlarına və prinsip etibarilə bütün Cənubi Qafqaz bölgəsinə, eyni zamanda Rusiyaya fayda gətirir. Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi meyl nümayiş etdirsələr, Rusiya bu cür humanitar aksiyaları dəstəkləyəcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook