SON XƏBƏR

Moskva ABŞ-dan möhürlənmiş malikanələri qaytarmağı tələb edib

İyul 18
10:38 2017
Rusiya ABŞ-dan ötən il möhürlənmiş iki diplomatik quruluşa çıxışı geri qaytarmağı tələb edib.
 
Hər iki tərəf arasında yüksək səviyyəli danışıqlardan sonra müvafiq bir Rusiya rəsmisi bildirib ki, mübahisə "demək olar ki həllini tapıb".
 
Rusiya bu addımdan qəzəblənib. Xarici işlər naziri Sergey Lavrov hadisəni "gündüz vaxtı quldurluq" adlandırıb.
 
Dekabr ayında ABŞ prezident seçkilərinə müdaxilədə şübhəli bilinən 35 rusiyalı diplomatı ölkədən çıxarıb və diplomartik quruluşları möhürləyib.
 
Bazar ertəsi ABŞ Dövlət Katibinin müavini Thomas Shannon Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov ilə Vaşinqtonda görüşüb.
 
Cənab Ryabkov ABŞ diplomatı ilə üç saat danışıqlardan sonra nikbin səslənib.
 
O, jurnalistlərin diplomatik quruluşlarla əlaqədar mübahisənin həll edilib-edilməməsilə bağlı suallarına, "demək olar ki, demək olar ki", deyə cavab verib.

Hansı malikanələr möhürlənib?
 
Bunlardan biri Şərq Sahilində Marylanddə yerləşən diplomatik mülkiyyətdir. Sahəsi 18.2 hektardır. Soyuq Müharibə dövründə əldə edilmiş bina rusiyalı diplomatlar tərəfindən istirahət - tennis və üzgüçülük üçün istifadə olunub. Ancaq orada mürəkkəb bir rabitə sistemi olduğundan ABŞ rəsmiləri buranın casusluqda istifadə edildiyi barədə şübhələrini artırıb.
 
Digər diplomatik əmlak isə Long Islandda yerləşən Nyu-york malikanəsidir. Oranın 49 otağı var və meşə ilə əhatə olunub. Maryland malikanəsi kimi, bura da casusluq üçün ideal yerdir, ABŞ rəsmiləri bildirirlər (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook