SON XƏBƏR

"Moody's": STAR-da pay aldığı təqdirdə "Petkim"in likvidliyi zəifləyəcək

Yanvar 12
00:16 2018
"Petkim" STAR Neft Emalı Zavodunda 18%-lik payın satın alınması məqsədilə 500 mln. dollar dəyərində istiqraz buraxmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
 
Bildirlir ki, 720 mln. dollarlıq satınalma şirkətin özəlləşdirmə üçün nağd ehtiyatlarından da istifadə edəcəyini göstərir. "2018-ci ilin 4-cü rübündə istismara başladıqdan sonra STAR NEZ "Petkim" üçün xammal təchizatını həyata keçirəcək. "Petkim"in cari likvidliyi onun öhdəliklərini qarşılamaq üçün kifayətdir. Buna baxmayaraq, şirkətin likvidlik mövqeyinin STAR-da payın satınalınması ilə zəifləyəcəyini proqnozlaşdırırıq. Qarşıdakı illərdə müxtəlif investisiya layihələrinin tamamlanacağı üçün kapital xərclərinin də azalacağı gözlənilir. 2018-ci ildə saxlanma üzrə kapital xərclərinin 60 mln. dollar olacağına baxmayaraq, investisiya üzrə xərclərin minimum olacağı, 2019-cu ildə isə saxlanma üzrə kapital xərclərinin 30 mln. dollardan az olacağı gözlənilir", - deyə məlumatda qeyd olunub.
 
Agentliyin mütəxəssisləri bildirir ki, "Petkim"in "B1" korporativ reytinqi şirkətin Türkiyənin inkişaf edən petrokimya bazarında mövqeyinin güclü olduğunu, 2018-ci ildə STAR Neft Emalı Zavodu fəaliyyətə başladıqdan sonra həyata keçəcək sinerji və xərclərə qənaət edildiyini, o cümlədən səhmdar olan SOCAR üçün strateji əhəmiyyəti olduğunu əks etdirir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook