SON XƏBƏR

Monteneqronun xarici işlər naziri Azərbaycanda rəsmi səfərdədir

Noyabr 01
10:39 2017
Monteneqro xarici işlər naziri Srdjan Darmanovic 1-2 noyabr 2017-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir xarici işlər naziri Srdjan Darmanovicin Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 2 noyabr tarixində saat 11:00 dan gec olmayaraq XİN-nə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook