SON XƏBƏR

Monteneqro 2 rusiyalını ittiham edir

Aprel 14
11:24 2017
Monteneqro prokurorluğu 14 nəfəri ötən il hökuməti devirmək cəhdində ittiham edir. Onların içində iki rusiyalı və iki rusiyapərəst müxalifət lideri də var.

Podqoritsa məhkəməsi aprelin 13-də bildirib ki, Demokratik Cəbhə Partiyasından deputatlar Andrija Mandic və Milan Knezevic, 2 rusiyalı, 9 Serbiya vətəndaşı və daha bir monteneqrolu «kriminal təşkilat yaratmaqda» ittiham olunurlar.

İki rusiyalıya «terrorçuluq» ittihamı da verilib. Amma məhkəmə 15 gün ərzində bu ittihamnaməni qəbul edib-etməmək qərarını verməlidir.

Monteneqro rəsmiləri iddia edirlər ki, serbiyalı və rusiyalı millətçilər ötən ilin oktyabrında parlament seçkisi zamanı parlamenti ələ keçirməyi, ovaxtkı baş nazir Milo Djukanovic-i qətlə yetirməyi və rusiyapərəst rəhbərlik qurmağı planlaşdırıblar. Son hədəf ölkənin NATO-ya üzvlüyünü əngəlləmək olub.

Rusiyalılar Eduard Shishmakov və Vladimir Popov-un Serbiyada olduğu və onların Rusiyaya qayıtmasına şərait yaradıldığı bildirilir. Həmin şəxslər azadlıqdadır.

İttiham olunan deputat Mandic bu ittihamları «müxalifətə qarşı qurama siyasi proses» adlandırıb.

Monteneqro prokurorluğu Rusiya dövlət orqanlarının da həmin dövlət çevriliş planına qatıldığını bildirir, Rusiya bunu danır. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook