SON XƏBƏR

Moldovada Azərbaycan ordusuna dəstək məqsədi ilə yürüş keçirilir - Video

İyul 22
12:03 2020
Moldovanın paytaxtı Kişinyov şəhərində soydaşlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata qarşı etiraz aksiyası və Azərbaycan ordusuna dəstək bildirmək məqsədi ilə yürüş keçirilir.

"Report" xəbər verir ki, aksiya iştirakçıları dövlətimizə və ordumuza dəstək ifadə etmək üçün Azərbaycanın Moldovadakı Səfirliyi önündə yığışıblar.

İştirakçılar əllərində Azərbaycan bayraqları və şüarlarla Ermənistan səfirliyi önünə yürüş edirlər. Eyni zamanda iştirakçılar Moldovada BMT və ATƏT-in nümayəndəliklərinin önündə də piket keçirmək və nümayəndəliklərə Moldova azərbaycanlılar adından müvafiq müraciət çatdırmaq planlaşdırılır.

Yürüş Moldovanın Mərkəzində yerləşən Ştefan Çelmarenin heykəlinin önündə başa çatacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook