SON XƏBƏR

Moldova prezidenti: "Azərbaycan xalqı İlham Əliyevə etimadını göstərdi"

Aprel 12
17:36 2018
Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.
 
Bu barədə "Report" Moldovanın dövlət başçısının saytına istinadən xəbər verir.
 
Təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevin ölkənin inkişafı, sabitlik və cəmiyyətdə harmoniya istiqamətində siyasətinə inamını nümayiş etdirdiyini bildirib.
 
O, iki ölkə arasında konstruktiv dialoq və əməkdaşlığın ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə kömək göstərməyə davam edəcəyinə əminliyini söyləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook