SON XƏBƏR

MKİ direktoru: “İranda etirazlar bitməyəcək”

Yanvar 08
01:12 2018
İrandakı etiraz aksiyalarını bitmiş hesab etmək olmaz. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu fikri "Fox” telekanalının efirində bu gün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo bildirib.

"Bununla yanaşı, İran rejimi zorakılıqla hədələyir, Qasım Süleymani (general, SEPAH-ın rəhbərlərindən biri – red.) Livanda, Suriyada, Yəməndə pullarını göyə sovurur və kimlərisə birləşdirməyə çalışaraq, İranı dünyada terroru dəstəkləyən ən böyük dövlətə çevirməyə cəhd edir”, - Pompeo iddia edib.

O, İİR-dəki dövlət quruluşunu "keçmişə köklənmiş teokratik rejim” adlandırıb və ölkənin fəaliyyətdə olan dini və dünyəvi hakimiyyət təmsilçilərini keçmişdə kütləvi etiraz aksiyalarını dəfələrlə yatırmaqda ittiham edib.

"İran xalqı bunu istəmir. Gözləyirəm ki, iranlılar hakimiyyətə qarşı üsyanlar qaldırmaqda davam edəcəklər”, - MKİ direktoru xəbərdarlıq edib.

"Dünüşürəm ki, bu etiraz çıxışları hələ bitməyib”, - Pompeo əlavə olaraq deyib.

O, Tehranın etiraz aksiyalarının arxasında MKİ-nin dayandığı ilə bağlı bəyanatlarını qətiyyətlə təkzib edib.

"Hər şeyi İran xalqı edib, o başlayıb və davam etdirir, daha əlverişli həyat şəraiti və teokratik rejimdən azad olmağı tələb edir”, - MKİ direktoru vurğulayıb.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook