SON XƏBƏR

Mixail Zabelin: AŞPA tez-tez öz iradəsini qəbul etdirir – bu, düzgün deyil

Aprel 27
07:36 2017
Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin Türkiyədə monitorinq prosedurunun bərpa edilməsi haqqında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ədalətsiz qərarına münasibətini bildirib.
 
O deyib: "Türkiyə xalqının öz iradəsini ifadə etdiyi referendum AŞPA-nı qıcıqlandırıb. Təbii ki, Türkiyə Cümhuriyyəti Prezidentinin mövqelərinin möhkəmlənməsi Avropanın xoşuna gəlmir. Avropa Şurası hesab edir ki, bütün ölkələr yalnız onların ehkam və təlimlərinə, onların quruluşuna, qaydalarına, mənəvi dəyərlərinə riayət etməlidirlər. Bu, tamamilə səhv yanaşmadır. Hətta Avropa İttifaqının daxilində aparıcı ölkələr öz standartlarını qəbul etdirməyə çalışanda narazılıq yaranır. Öz mənafeyini və dəyərlərini qoruyan Türkiyə düzgün hərəkət edir, mövqelərini möhkəmləndirməyə çalışır.
 
Əlbəttə, Avropa Şurasının rəhbərləri bəzən lap ağını çıxarırlar. Bir italyan siyasətçi mənə deyib ki, indi Avropa İttifaqı keçmiş Sovet İttifaqını xatırladır. Burada da bütün direktivlər mərkəzdən gəlir, respublikalar müstəqil inkişaf edə, öz dəyərlərini qoruyub saxlaya, iqtisadiyyatı, mədəniyyəti və mənəviyyatı gücləndirmək və inkişaf etdirmək üçün daxili imkanlarından istifadə edə bilmirlər. Avropa İttifaqı da hazırda ölkələrə öz iradəsini diktə etməklə, onlara necə yaşamağı öyrətməklə, eynən bu cür hərəkət edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook