SON XƏBƏR

Missiya.az saytı Yasamal Rayon İcra Hakimiyyəti ilə birlikdə humanitar aksiya keçirdi - FOTOLAR

Aprel 03
21:22 2020
Missiya.Az saytı Yasamal rayonu ərazisində yardım aksiyası keçirib. 

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada, ahıl və aztəminatlı ailələrə ərzaq yardımları paylanılıb. 

İcra Hakimiyyətinin nümayəndələri və sayt əməkdaşları vətəndaşlarla söhbət zamanı onlara, xəstəlikdən qorunmaq üçün görməli olduqları tədbirlər barədə məlumat veriblər. İzah edilib ki, vətəndaşlar zərurət olmadığı halda evdən çölə çıxıb özlərini və ailə üzvlərini yoluxma təhlükəsi ilə üz-üzə qoymamalıdırlar. 

Yardım kampaniyasının Yasamal rayonunda keçirilən mərhələsi 2 gün davam edəcək. Aksiyanın növbəti günlərdə şəhərin digər ərazilərində təşkil edilməsi planlaşdırılır. Ərzaq yardımı alan vətəndaşlar kampaniyanın təşkilatçılarına minnətdarlıq bildiriblər. 

Xatırladaq ki, YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun dəstəyi ilə keçirilən aksiyanın birinci mərhələsində ahıl və aztəminatlı ailələrə dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılmışdı.
 

 

 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook