SON XƏBƏR

Missiya.az-ın yardım aksiyası bazar günü də davam etdirilib - FOTO

Aprel 05
23:25 2020
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun təşkilatçılığı ilə Missiya.Az saytının keçirdiyi yardım aksiyası davam edir.

Bazar günü olmasına baxmayaraq, sayt əməkdaşları şəhərin müxtəlif ərazilərində evlərə gedərək ahıl insanlarla karantin rejiminin qaydaları barədə maarifləndirici söhbətlər aparıblar. 

Daha sonra koronavirus epidemiyasının yayılması şəraitində əhalinin ən riskli qrupu olan ahıl insanlara ərzaq yardımı verilib.

Sakinlər qeyd ediblər ki, belə bir məqamda onlara göstərilən yardımın xüsusi əhəmiyyəti var. Onlar yardım kampaniyasını təşkil edənlərə minnətdarlıqlarını bildiriblər.

Yardım kampaniyası növbəti həftə ərzində də davam etdiriləcək.
 
Qlobal.az 
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook