SON XƏBƏR

Misir paytaxtını dəyişir -45 milyard dollara yeni şəhər tikilir

Sentyabr 25
00:13 2017
Misirin hazırda tikintisi davam edən yeni inzibati paytaxtı gələn ilin sonlarında dövlət idarələrini qəbul etməyə hazır olacaq.

APA-nın "Al Ahram” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Misirin baş naziri Şərif İsmayıl bəyan edib.

Qeyd edək ki, əhalisi 20 milyon nəfərə çatan paytaxt Qahirədən 45 km şərqdə yerləşən Yeni Qahirənin tikintisi barədə iddialı plan 2015-ci ilin martında elan edilib. Süveyş kanalına qədər uzanan və dünyanın məşhur biznes-mərkəzləri ilə rəqabət aparacağı iddia olunan şəhərin tikintisinin 45 milyard dollara başa gələcəyi və 5 milyon insanın məskunlaşacağı proqnozlaşdırılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook