SON XƏBƏR

Mirvari Qəhrəmanlı: "Heç bir işə yaramayan, 10 il havayı maaş alan işdən çıxarılıb"

May 26
16:49 2019
"Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib. 

Bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, "Azəriqaz" İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: ""Azəriqaz" İB yaranandan Baş direktora verilən bir müavin ştatı ləğv edilib. Belə ki, heç bir işə yaramayan, 10 ildir ki, havayı maaş alan baş direktorun innovasiyaların tətbiqi üzrə müavini Fikrət Sucayev tutduğu vəzifədən azad olunub".

Fikrət Sucayev Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook