SON XƏBƏR

Miri Yusif təşəkkür etdi: “Qazanmış olduğum hər uğurun memarı onlardır”

May 29
18:46 2018
"Əməkdar artist” fəxri adına layiq görülən müğənni Miri Yusif təəssüratlarını sosial şəbəkədə bölüşüb.

Musavat.com xəbər verir ki, ifaçı prezident İlham Əliyevə və valideynlərinə təşəkkür edib: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bu siyahıda öz adımı görmək məni qürurlandırdı. 20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam. İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə təşəkkür edirəm! Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook