SON XƏBƏR

“Miqrant və insan alverinin başında Əli Kərimli dayanıb” - Siyavuş Novruzov

May 19
12:47 2020
"Bu gün miqrant alveri və insan alverinin başında Əli Kərimli dayanıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycan vətəndaşları saxta sənədlərlə Avropaya satılır: "Bu gün insan alveri ilə təkcə cinayətkar qruplar deyil, siyasi partiyalar da məşğuldur. İnsan alverinin başında duranlardan biri də Əli Kərimlidir. İnsan alveri təkcə hansısa təcavüz, cinsi istismar olunması deyil, həm də miqrant alveridir. Məsələn, Əli Kərimli saxta sənədlərlə Azərbaycan vətəndaşlarını Avropaya satır. Bunlar təkcə qadınları deyil, miqrant adı altında kişiləri də Avropaya satır. Siyasi partiyalarda olan bəzi ünsürlər günahı bir-birinin üzərinə atır. Milli Koordinatorun gələcək hesabatlarında bunlar da öz yerini almalıdır. Azərbaycan xalqı digər insan alverçiləri ilə yanaşı, miqrant alveri ilə məşğul olanları da tanımalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook