SON XƏBƏR

Mingəçevirlilər prezidentdən kömək istəyir-FOTOLAR

İyun 19
17:10 2019
Mingəçevir şəhər sakinləri ciddi bir problemlə üz-üzədir.
 
Bir çox sahələrdə problemlərin olmasına baxmayraq,sakinləri narahat edən əsas məsələ onların istirahət  hüquqlarının kobud şəkildə pozulmasıdır. O cümlədən,dövlətimizin bir sıra mövcud qanunlarının və hüquqi normativ aktlarının şəxsi maraqlara qurban verilməsidir.Söhbət  4 iyun 2019-cu il tarixdə Mingəçevir şəhər sakinlərinin müraciəti əsasında "Kanal32” İnformasiya Agentliyində (kanal32.info saytında) "Mingəçevirdə Kür çayını zəbt edənlər kimlərdi?”başlıqlı anonsda yer alan ümumşəhər problemindən gedir…

Məlum olduğu kimi Mingəçevir şəhərinə  ilk növbədə gözəllik verən bu tarixi və müasir məkanı ikiyə bölən Kür çayıdır.Hələ sövetlər dönəmində həm şəhər sakinlərinin,həm də turistlərin əsas istirahət məkənlarından biri,bəlkə də birincisi çayın hər iki sahilindəki gəzinti zolaqları olub.Amma,biz müstəqilləşəndən və sürətli inkişaf edən sonra bir çox sahələri "öz biliyimiz”kimi idarə etməyə başlamışıq.Necə deyərlər,bəzi qanunları şahlıq taxtından salaraq,müvafiq yerli qurumların himayədarlığı ilə ”öz  şəxsi qanunlar”ımızı işə salmışıq.Xüsusən də,tikinti və şəhərsalma sahəsində…Adıçəkilən sahədəki biabırçılıqların respublikanın bütün hüdudlarında vüsət almasını az qala bağça uşaqları da bilir.Hətta,cənab İlham Əliyev keçirdiyi müşavirələrdə də bu sahədəki problemlərlə bağlı dəfələrlə danışıb və kəskin iradlar bildirib.Amma,nədənsə "kiçik padşalar”bu iradlardan nəticə çıxarmaq əvəzinə hüquqpozmalar sahsində sanki yarışa giriblər.Lap Mingəçevirdə olduğu kimi…Ölkə başçısı çox hörmətli İlham Əliyevin 2013-cü ilin aprel ayında Mingəçevirə tarixi səfərini yəqin ki,şəhər sakinləri unutmayıb.Səfər çərçivəsində dövlət başçısı Kür çayının sahilindəki istirahət parkında da oldu.Həmin vaxt  o zamankı icra başçısı Niyazi Bayramov çox şəstlə bildirdi ki,burada sakinlərin və şəhər gələn qonaqların xoş istirahəti üçün hər cür şərait yaradılıb,sahildəki gəzinti zolağı tam yenidən qurularaq insanların ixtiyarına verilib.

Bəs sonralar nə baş verdi…???Əslində isə hər şey çox asanlıqa və rahatcasına baş verdi.Belə ki,dövlət vəsaiti hesabına abadlaşdırılan bu sahil-istirahət  zolağı yerli icra hakimiyyətinin və baş memar(?)ın sayəsində imkanlı iş adamlarının "nişangah”ına tuş gəldi.Və heç "nişangah”dan da yayınmadı.Həmçinin də tanınmış iş adamı(amma,onun qanunları tanıması sual doğurur) Yusif Qədimovun ("Sədərək Yusif”in).Kürün sağ sahilində gözəl və dəbdəbəli otel tikdirən iş adamının bu şəhərə investisiya yatırması müsbət haldır.Ancaq ictimai maraqları qorumaq və qanunların aliliyinə hörmət etmək şərti ilə.Görünən isə budur ki,yerli icra orqanlarının yaratığı "münbit şərait”dən yararlanan bəzi sahibkarlar,o cümlədən də Yusif Qədimov bines maraqlarını ümumvətəndaş hüquqlarından daha üstün tutub.Əgər belə olmasaydı,nə "Ağsaray”otelin yerləşdiyi sağ sahildəki gəzinit zolağı,nə də sol sahildəki gəzinti zolağında və çayın içində tikdirdiyi "İnci”kafesi insanların istirahət hüququnu pozmazdı.

Qeyd edək ki,Kür çayının sol sahilindəki gəzinti zolağının(Bulvarın) ümumi uzunluğu 820 metrdir.Və bu ərazi Mingəçevir şəhərində bəlkə də yeganə məkandır ki,insanların normal təbii istirahəti üçün əlverişlidir.Çünki şəhər sakinləri və buraya gələn qonaqlar təmiz hava udmaq və Kür çayının gözəlliyini duymaq üçün ancaq bu 820 metrlik gəzinti zolağlndan istifadə edir.Daha doğrusu ediblər.Bəli,düzgün eşitdiniz…EDİBLƏR…Bu zaman sual və suallar yaranır.Və indi niyə rahat istirahət edə bilmirlər???Səbəblər nədir???Yoxsa, 130 minə yaxın əhalisi olan bu isti iqlimli gözəl şəhərin sakinlərinə suyu və təmiz havanı udamğı kimlərsə qadağa qoyub???

Diqqətlə baxın,Kür çaynın əsrarəngiz gözəlliyi,dumduru suyu buradan necə də "gözəl”görünür…Bu "gözəlliyi”  Mingəçevir sakinlərinə yaşadan isə yerli icra hakimiyyətinin sayəsində çoxxxx,çoxxxx pullu "dayı”lardı…

Bəli,şəhər icra hakimiyyətinin sayəsində və böyük pulların qarşılığında qadağaını qoyan isə tikinti normativlərini kobud şəkildə pozan "İnci” və "Liman” kafelərdir.170 metrlik ərazi demək olar ki,tam tutulub və Kür çaynı nə görmək,nə də havasını udmaq mükün deyil.Bununla bağlı xeyli sayda şəhər sakinin imazı ilə Prezident İlham Əliyevə müraciət məktubu da ünvanlanıb.
 

 
 

Mingəçevir İcra Hakimiyyətinin məktuba verdiyi cavab isə müəmmalıdır.
 


Yerli hakimiyyət  məktubda göstərir ki,iki sahibkara 19.12.2014-cü il tarixli 186 nömrəli srəncamla kiçik həcimli gəmilərin sahilə yan alması və müasir standartlara uyğun iaşə obyektinin tikləmis üçün torpaq sahəsi verilib.O zaman suallar yaranır:

- Maraqlıdır, Mingəçevir şəhər İcra Hakimiyyəti həmin sahibkarların adını rəsmi məktubda niyə göstərməyib?

- Əgər müvafiq sərəncamla sahibkarlara torpaq sahəsi verilibsə,onlar obyektlərini niyə suyun içində tikiblər?

- Hazırda 100 kvadrat metrə yaxın ərazidə çayın içərsində boruların basdırılmasına və tikinti işlərinə niyə göz yumulur?Bu yeni tikintini aparan şəxs kimdi?


-Yerli icra hakimjiyyəti və tikintiyə cavabdeh nazirliklər Kür çayının Mingəçevirdən keçəsn hissəsinin  beyləlxalq Reqata yarışlarının keçirildiyi məkan olduğunu niyə unudbular?

– Mingəçevir sakinlərinin Kür çaynı görməkdən məhrum etməyin və ali qanunla müəyyən olunmuş hüquqlarının polzulmasının arxasında hansı maraqlar dayanır?

Sakinlərin müraciəti əsasında apardığımız araşdırma zamanı onlar bildirdi lər ki,media vasitəsi ilə ölkə başçısı çox hörmətli İlham Əliyevdən bu özbaşınalıqlara və qanunsuzluqlara son qoymağı xahiş edirlər.Onlar 130 min insanın haqlarının tanınmasına inanırlar.Və tezliklə müvafiq qaydada rəsmi müdaxilə gözləyirlər.

Müvafiq qurumların diqqətinə çatdıraq ki,Mingəçevirdəki sahil zolağında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin,sərhədlərinin və istifadəsinin müəyyən edilməsi”QAYDALARI pozulub.Həmin qaydaların 8-ci hissəsində göstərilir ki,Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni  uzunluğu 10 km-dək olduqda 50 metr müəyyən edilir.O cümlədən adıçəkilən qaydanın 13-cü hissəsində yazılır ki, Şəhərlərin və digər yaşayış yerlərinin ərazisində su mühafizə zonalarının ölçüləri və sərhədləri konkret planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara uyğun müəyyən edilir.

Ancaq qanun pozuntusu bunlarla bitmir.Belə ki,mövcud vəziyyətdə  Azərbaucan Respublikasının 29 iyun 2012-ci il tarxili 392-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinin də bir çox maddləri kobud şəkildə pozulub.Məcəllədən çıxarışı olduğu kimi təqdim edirik:

Maddə 10. Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi

10.1. Şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi təmin edilməlidir.

10.2. Tikinti fəaliyyəti onun ətraf mühitə təsiri baxımından qanunla müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Qiymətləndirmənin nəticələri tikinti fəaliyyəti zamanı ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tədbirlər müəyyən edilərkən nəzərə alınmalıdır. 

Maddə 13. İctimaiyyətin məlumatlandırılması

Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə ərazi planlaşdırılmasının bütün mərhələləri və məzmunu barədə, eləcə də əhali üçün mühüm tikinti niyyətləri barədə ictimaiyyətə ətraflı məlumat verməyə borcludur. 

Maddə 15. Şəhərsalma və tikintiyə dair normativ sənədlər sistemi

Maddə 19. Ərazi planlaşdırılmasının məqsədləri

19.2.3. ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların təmin olunması;

Maddə 30. İctimai müzakirələr

30.1. Ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur.

30.2. Sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilmiş dəyişiklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirənin iştirakçılarına məlumat verir.

30.3. Ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 57. Tikinti obyektinə dair tələblər

Cavabdeh qurumlar,indi siz deyin,qeyd etdiyimiz bu qanunların və digər hüuqi nörmativ aktların tələbləri Mingəçevirdə yerinə yetirilibmi və yetirilmir?Axı belə halların baş verməsi hüquqi bir dövlətdə yolverilməzdir…

Mingəçevir şəhər İcra Hakimiyyəti,Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlar! Mingəçəçevir sakinləri sizlərin bu qanunsuz  tikililərə təcili müdaxilə etməyinizi gözləyir.Əks halda başqa sakibkarlar da  gəzinti zolağındakı  boş yerlər uğurunda yarışa girəcəklər.Artıq bir neçə sakibkarın bununla bağlı hərkətə keçdiyi haqda məlumatlar var.

Bu fotolara da diqqətlə baxın! Bəlkə bir qənatə gələsi oldunuz…(?)
 




Qarşı tərəflərin açıqlamalarını gözləyirik və onların mövqeyini dərc etməyə hazırıq.

(Mənbə: Kanal32.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook