SON XƏBƏR

Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

May 24
14:47 2018
Müxalifət bayram günü Novxanıda toplaşmağı qərara aldı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-nə paytaxtda planlaşdırdığı mitinqə razılıq vermədiyi deyilir. 

Bu haqda Milli Şuradan bildiriblər. Məlumata görə, Milli Şura mayın 28-də mitinq keçirməkdən ötrü BŞİH-ə müraciət edib.

Ancaq icra hakimiyyəti bu müraciətə müsbət cavab verməyib.

Milli Şuradan verilən məlumata görə, BŞİH bildirib ki, mitinqin mayın 26-da keçirilməsini məqsədəuyğun hesab edir. BŞİH-in cavabının Milli Şurada müzakirə edildiyi, mayın 26-da mitinq keçirmək qərarından imtina olunduğu bildirilir.

Milli Şura isə mayın 28-də Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı bayram mitinqi keçirməyə qərar verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook