SON XƏBƏR

Milli Qəhrəmanımızın doğum günüdür

İyul 02
07:10 2020
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ramiz Qəmbərovun doğum günüdür.
 
Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirən R. Qəmbərov 1980-1982-ci illərdə hərbi xidmətdə olub.
 
O, 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olsa da, təhsilini başa çatdıra bilmir.
 
Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramiz Qəmbərovu da torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur edir. 1988-ci ildən xalq hərəkatına qoşulan Ramiz Qəmbərov 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradır və bu batalyonun komandiri olur.
 
Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində rəşadətlik göstərmişdir. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır.
 
Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.
 
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook