SON XƏBƏR

Milli Qəhrəman ölkəsini vurdu: “Krım Rusiyaya verilməlidir”

Yanvar 18
13:48 2017
Donbası geri qaytarmaq üçün Krımı Rusiyaya vermək lazımdır.

Axar.az xəbər verir ki, bunu "112 Ukraina” televiziyasına açıqlamasında Ukrayna Radasının deputatı Nadejda Savçenko söyləyib.

"Krım hazırda tanınmamış region, növbəti Dnestryanıdır. Krımdan imtina etməklə biz Donbasın da Dnestryanına çevrilməsinə imkan verməyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Savçenko Donbas müharibəsində iştirak edib. O, elə məhz bu müharibədə separatçılara əsir düşüb və sonradan Rusiyada peyda olub. Keçən il Moskva Savçenkonu həbsdən azad edib. Ölkəsində qəhrəman kimi qarşılanan Savçenko deputat kimi fəaliyyətə başlayıb. Maraqlı məqam ondadır ki, məhz bundan sonra deputat təəccüblü açıqlamalar verib. O, Kiyevin separatçı liderlərlə danışıqlara başlamasını, Krımdan geri çəkilməsini istəyib və hətta özü Minskdə separatçı liderlərlə görüşüb. Bu isə tezliklə, Savçenkonun Rusiya kəşfiyyatına çalışması haqqında fikirlərin yerli mətbuatda yayılmasına səbəb olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook