SON XƏBƏR

Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

May 24
12:46 2019
Bu gün - mayın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Virtualaz.org xəbər verir ki, Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil edilən tədbirə İtaliya, Gürcüstan və digər ölkələrdən tanınmış həkimlər də qatılıblar.

Mərkəzin direktoru, professor Elmar Qasımov mərkəzin 10 illik fəaliyyətindən danışıb. Bildirib ki, mərkəz 2009-cu il mayın 22-də istifadəyə verilib, prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. "Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən edib ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər", - direktor bildirib.
E.Qasımov əlavə edib ki, Masallıda və Gəncədə mərkəzin regional şöbələri fəaliyyət göstərir. Filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Rayonların əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook