SON XƏBƏR

Milli Məclisin payız sessiyası başlayır

Oktyabr 01
11:27 2018
Milli Məclisin (MM) növbəti - 2018-ci il payız sessiyası öz işinə başlayır.

Virtualaz.org bildirir ki, gündəliyinə 60-dan çox məsələnin daxil edildiyi ilk iclas bu gün start götürəcək.

Azərbayan ilə bir sıra ölkələr arasında sazişlərin təsdiqi, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən banklar haqqında qanuna, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna, "İpoteka haqqında" qanuna, "Pasportlar haqqında" qanuna və digər qanunlara təklif edilən dəyişiklik müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, payız sessiyası fasilələrlə dekabr ayının 30-dək davam edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook