SON XƏBƏR

Milli Məclis seçkisinə namizədliyini irəli sürmüş Qarabağ əlilləri və veteranlarına müraciət edilib

Yanvar 22
19:47 2020
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, polkovnik Mehdi Mehdiyev fevral ayının 9-da Azərbaycanda keçiriləcək Milli Məclis seçkisinə namizədliyini irəli sürmüş Qarabağ əlilləri və veteranlarına müraciət edib. 

Müraciətdə deyilir:

"Əziz deputatlığa namizəd əlillər və veteranlar! Sizlərin hər biri bu millətin dəyərli övladı olaraq şərəfli bir mübarizə yolu keçmisiniz. Dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda qardaşlarınızı, dostlarınızı, yaxınlarınızı, sağlamlığınızı itirmisiniz.

Mən bilirəm ki, sizin hər birinizin qəlbi bötüv, qüdrətli Azərbaycan eşqi ilə döyünür, hamınız qələbə arzusu ilə yaşayırsınız.

Mən bilirəm ki, sizin hamınız əqidə, səngər, mübarizə adamısınız. Sizə yaşadığınız fiziki, mənəvi ağrıları da unutduran ürəklərinizdəki arzularınız, gözlərinizdəki ümidlərinizdir.

Sizlər şücaət dolu həyatınızla bu millətin gəncliyinə, gələcəyinə nümunəsiniz. Siz bu gün də dövlətimizə, xalqımıza xidmət etmək istəyirsiniz. Bunun üçün parlament seçkilərində namizədliyinizi vermisiniz. Əlbəttə, ən ali kürsülər, tribunalar sizin haqqınızdır. Bu gün siyasi mübarizəyə atılan sizlərin həyatında yeni bir səhifə açılıb. Əbədi döyüşçü olan sizlər bu gün həm də siyasətçisiniz. Siyasətçilər isə soyuqqanlı olmalı, mübarizələrini qanuni çərçivədə aparmalıdırlar. Eyni zamanda bizim hamımız azərbaycanlıyıq və bizim xalqın min illərə söykənən milli-mənəvi dəyərləri var. Qəhrəman babalarımızın yolunu davam etdirən sizlər ümid edirəm ki, deputat seçkilərində qanuni çərçivədə və milli-mənəvi dəyərlərə söykənərək mübarizə aparacaq, digər oppenentlərinizə və ələlxüsus da səngər və əqidə yoldaşlarınıza hörmətlə yanaşacaqsınız.  Sizlərin hər birinə uğurlar arzulayıram"


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook