SON XƏBƏR

Milli Hidrometeorologiya Departamentində yoxlamalar aparılır: həbslər gözlənilir

Dekabr 27
12:57 2018
Ekologiya və Təbii Sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.
 
AzToday.az xəbər verir ki, Umayra Tağıyevanın departamentə təyinatından sonra qurumda ciddi maliyyə yoxlamalarına başlanacağı gözlənilir. Çünki qurumun mühasibi İlqar Hacıyevlə sabiq direktor Əkbər Həsənov birlikdə departamentdə bir çox maxinasiyalara yol veriblər.
 
Qeyd edək ki, hələ bir müddət öncə mətbuat bu barədə yazmışdı.
 
Həmin yazıda deyilirdi: "Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı Departamentin maliyyə yükünün "şişirdilməsində”, quruma tabeli stansiyalarda çoxsaylı "ölü can”ların saxlanmasında çəkilir. "Ölü canlar”ın xüsusən müxtəlif regionlarda fəaliyyət göstərən Hidrometeoroloji Məlumatlar Stansiyalarında, qurumun şöbələrində və yaradılan qruplarında olduğu deyilir.
 
Əkbər Həsənov eks nazir Hüseynqulu Bağırova ən yaxın kadrlardan biri sayılır. Hətta onun İqtisadiyyat və Mühasibat uçotu sektorunun müdiri İlqar Hacıyevlə birlikdə Hüseynqulu Bağırovun rəhbərliyi dönəmində nazirliyin sabiq aparat rəhbərinin himayəsi altında külli miqdarda dövlət vəsaitini silərək mənimsədiyi də məlumatlar arasında yer alır.
 
Əkbər Həsənovla İlqar Hacıyevin paytaxt Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülklərinin, obyektlərinin və digər daşınmaz əmlaklarının mövcud olduğu da iddia olunur”.
 
Mediada dərc edilən bu məlumat nə sabiq direktor Əkbər Həsənov nə də baş mühasib İlqar Hacıyev tərəfindən təkzib olunmadı.
 
İddia olunur ki, departamentdə baş verən yeyintilər yüz min manatlarla ölçülür.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook