SON XƏBƏR

Millət vəkilləri 5 il ərzində 14 nəfəri öldürüb

Oktyabr 25
11:07 2018
Rusiyanın Sibir vilayətində 1995-2000-ci illərdə 14 nəfəri öldürməkdə ittiham olunan 3 millət vəkili saxlanılıb.

Bu barədə Rusiyanın Lenta.ru saytı məlumat yayıb.

"Ötən həftə Çita şəhər dumasının deputatı Aleksey G. və sabiq millət vəkili Dmitri N. saxlanılıblar. İstintaq nəticələrinə görə, onlar "Klyuçevski" cinayətkar qruplaşmasının tərkib hissəsidirlər və 1995-2000-ci illər ərzində 12 nəfərin öldürülməsində iştirak ediblər", - deyə mənbə bildirib

Tutulanlar arasında İrkutsk vilayətinin deputatı Aleksandr P. də var. Onun adı isə 1997-ci ildə "Klyuçevski" qruplaşmasının 2 üzvünün ölümündə hallanır.

Aleksandr P. oktyabrın 18-də saxlanılıb.

Araşdırmalara görə, Aleksandr P. Çita cinayətkar qruplaşmasının aktiv üzvlərindəndir. Barəsində qaldırılan 2 cinayətdən əlavə digər o, daha 3 cinayət, oğurluq və adam qaçırma da daxil olmaqla bir sıra başqa ağır cinayətlərinin törədilməsində də şübhəli bilinir.
 
(Qaynarinfo.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook