SON XƏBƏR

Millət vəkilinin bacısı qəzaya düşdü: yaralılar var

Avqust 18
11:26 2017
Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Qlobal.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
 
Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook