SON XƏBƏR

Millət vəkili: "Televiziya idarəçilərinin intelektual hazırlığı yetərli deyil"

May 20
17:25 2019
Azərbaycan televiziya kanallarında açıq-saçıq səhnələrə çox yer verilir. İstər proqramlarda, istərsə də təqdim edilən kliplərdə, filmlərdə ... 
 
Bəs niyə kanallarda bu qədər açıq-saçıqlığa yer verilir? 

Millət vəkili Fazil Mustafa Qaynarinfo-ya açıqlamasında televiziya kanallarında yer alan açıq-saçıqlığı şərh edərkən, kanalların əllərində alternativlərin olmamasını səbəb kimi göstərib: 
 
"Açıq-saçıqlıq televiziya kanallarının alternativinin az olması ilə bağlıdır. Kanallara məhdud çərçivə cızıblar, ona görə də onlar başqa alternativlər üzərində düşünə bilmirlər. Əsas problem oradan qaynaqlanır. Əgər alternativ verilişlərin sayı normal səviyyədə olsa, belə diqqət cəlb edən problemlər olmaz. Və cəmiyyət üçün marifləndirici proqramlara üstünlük verilər. Ancaq hesab edirəm ki, marifləndirici proqramlara televiziyalarda maraq çox deyil. Bu da nəticədə gəlib ona çıxır ki, kanallar "izləyicini necə əyləndirək?" deyə düşünürlər. İnsanların da özlərinin əylənməyə meyli çoxdur deyə, bu vəziyyətin dəyişməsində maraqlı deyillər. 

Televiziyaya milli məsələ kimi baxmaq lazımdır. Hər hansı şəkildə insanlarla aldadıcı manevrlər etmək olmaz. İnsanları savadlandırmaq, bilgiləndirmək siyasəti irəli sürülməlidi. Ancaq bu yoxdu. 

Mən televiziyaları da qınamıram. Çünki hansı yolla diqqət cəlb edə bilirlərsə, o yolla gedirlər. Dünyagörüşü, düşüncə tərzi yüksək deyil. İdarəçilərin intelektual hazırlığı yetərli deyil. Hər kəs kiminsə gözünə girmək üçün televiziyadan istifadə edir. Bu da onun nəticəsidir ki, müstəqil televiziya siyasəti yoxdur. Nəticə olaraq bu da müəyyən problemlər yaradır". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook