SON XƏBƏR

Millət vəkili mətbuata çağırış etdi: “Onlara baş qoşmayın”

Yanvar 24
13:21 2017
"Heç bir işi-gücü olmayan, bütün günü kabinetlərdə oturub qeybətlə məşğul olan insanların mənasız bəyanatları artıq nəinki cəmiyyət, vaxtilə onların tərəfdarı olmuş şəxslər üçün də artıq heç bir məna kəsb etmir”.
 
Bu sözləri ANV.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı müxalif mətbuatda hakimiyyət daxilində parçalanmaların olmasına dair iddialara münasibət bildirərkən belə deyib.
 
Onun sözlərinə görə, özünü müxalifət liderləri adlandıran insanların ətrafında barmaqla sayılacaq qədər adam qalmayıb:
 
"Bu adamlar siyasi cəhətdən tamamilə tükəniblər. Heç bir siyasi yükləri, siyasi əhəmiyyətləri yoxdur. Fəaliyyətləri bütün günü iqtidarın ünvanına böhtanlar yağdırmaqdan, qeybət eləməkdən o yana keçmir. Onlara baş qoşmaq lazım deyil. Qoy nə deyirlər, desinlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook