SON XƏBƏR

Mikayıl Cabbarovun adına rüşvət ittihamı: “100.000″lik iddia

Dekabr 04
15:16 2017
Ağdam Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mətanət Misirxanovanın müqavilə müddətinin uzadılmaması ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı

Bunun ardınca isə TŞ müdirəsi dindirilmək üçün Baş Prokurorluğa çağrıldı. 

Ağdam Rayon İcra Hakimiyyətindən "Dosye.az”a verilən məlumata görə, Misirxanova imtahandan kənar işə götürmək üçün 320 müəllimlə müqavilə bağlayıb. Həmin şəxslər dünəndən etibarən pullarını geri istəməkdədir. Yəni, TŞ müdirəsinin çıxarılmaq informasiyasının yayılması pul verən vətəndaşları ciddi təşvişə salıb və verdikləri rüşvəti geri istəyiblər. Hətta iş o həddə çatıb ki, Mətanət Misirxanova rayonda olmasına baxmayaraq, guya Ağdaş rayonuna yas mərasiminə getdiyini belə söyləyərək, pul sahiblərindən gizlənməyə çalışıb. 

Məsələnin ciddiyyətini anlayan M.Misirxanova tək rəhbəri, bəzi qaranlıq işləri birgə göedüyü rəhbəri olaraq deyil həm də bütün rayonun dilində dolaşdığı kimi, onun üçün ÖZƏL ADAM olan icra başçısı Raqub Məmmədovdan məsələdən çıxış yolu üçün kömək istəyərək yalvardığı iddia olunur. Və sonra həmin YAXIN CÜTLÜK bu qərara gəlir ki, guya vəzifədə qalmaq üçün Təhsil Nazirliyi rəhbərliyinə külli miqdarda pul verərərək, çıxarılmayacağı barədə yalan məlumat buraxır. İş o həddə çatır ki, onların yalan məlumatı icra başçısının yüksək vəzifəli dostlarından biri tərəfindən "100.000” verin naziri mən razı salım və imtina məktubunu dəyişdirək”təklifi ilə razılaşmalı olurlar. Misirxanova deyilən məbləği çatdırmaqdan ötrü Xırdalanda yeni yeni aldığı mənzilini təcili satışa çıxardığı bildirilir.

Mövzuya qayıdacağıq, qarşı tərəfi də dinləməyə hazırıq…

(Mənbə: MilliYol.Az)
 
Qlobal.Az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook