SON XƏBƏR

Mevlüt Çavuşoğlu sabah İraqa səfər edəcək

Avqust 22
10:12 2017
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu iki ölkə əlaqələrinin gündəmindəki əsas mövzuları müzakirə etmək üçün sabah İraqa səfər edəcək.

SalamNews-un TRT-yə istinadla verdiyi xəbərə görə, M.Çavuşoğlunun paytaxt Bağdadda İraq prezidenti Fuad Məsum, baş naziri Heydər əl-Abadi, Nümayəndələr Məclisinin sədri Səlim Cuburi, xarici işlər naziri İbrahim Cəfəri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Türkiyəli nazirin iraqlı türkman siyasətçilərlə, daha sonra isə Ərbildə Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani ilə də görüşəcəyi bildirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook