SON XƏBƏR

Metyu Brayza: "Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var"

Mart 04
13:06 2021
"Azərbaycanın antiterror əməliyyatları aparmaq hüqüqü var”.

Bunu ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza REAL TV-yə müsahibəsində deyib. O, bildirib ki, 10 noyabrda imzalanan bəyanata əsasən atəşkəs elan olundu və o bəyanatdan sonra Hadrut qəsəbəsində erməni həbiçiləri aşkar olundu: 

"Ermənistan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin təmin edilməsi, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməlidir. 
 
Ərazidə qalmış silahlı dəstələr və ya Ermənistan ordusunun əsgərləri vasitəsi ilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi kimi məsələlərdən ölkədaxili məqsədlər üçün istifadə edilməsindən çəkinməlidir. 

Buna görə də Azərbaycanın bu insanları həbs etmək hüqüqü var. Terrorçuları zərərsizləşdirmək haqqı var. Prezident Əliyevin mətbuat konfransında dediyi kimi, atəşkəsdən sonra Azərbaycan ərazisinə qanunsuz daxil olan ermənilər sərbəst buraxıla bilməz. 

Qarabağ Azərbaycanın bir hissəsidir və bu belə qalacaq. Düşünürəm ki, ermənilər də bununla razılaşmalı olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook