SON XƏBƏR

Məşhur azərbaycanlı stilist Ermənistanda toyda - VİDEO, FOTO

Noyabr 22
00:15 2016
Əslən azərbaycanlı stilist Nazilə Mehdiyeva komandasında çalışdığı erməni əsilli stilist Goar Avetisyanın Yeravanda baş tutan toy mərasimində iştirak edib.

Missiya.Az əldə etdiyi məlumata görə, N.Mehdiyevanın İnstagram sosial şəbəkəsində toydan paylaşdığı ardıcıl video və fotolar izləyiciləri tərəfindən birtərəfli qarşılanmayıb. Stilistin Rusiyadakı dost-tanışları onun düşmən ölkəyə səfərini alqışlasalar da, Azərbaycandan olan izləyiciləri onu qınayıblar. N.Mehdiyeva Ermənistana, dostunun toyuna getməkdə qəbahət görmədiyini şərhlərdə dəfələrlə bəyan edib.

Diqqət çəkən məqamlardan biri toyda nümayiş etdirilən videoçarxda Azərbaycan musiqisinin səslənməsi olub.
 

 

 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook