SON XƏBƏR

Mərkəzi Klinika:İsa Qəmbərin həkimə müraciəti ürəyində yaranan problemlə bağlı deyil

Fevral 24
12:54 2018
Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.
Xəstəxanadan "Report”a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.
Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: "Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edirlər. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur”.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.
İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook