Mərkəzi Gömrük Hospitalının həkimləri beynəlxalq tədbirdə iştirak ediblər
Oktyabr 26
11:37
2019
24-25 oktyabr 2019-cu il tarixində Ukraynanın Kiyev şəhərində Ukrayna Səhiyyə Nazirliyi, beynəlxalq təşkilatlar, eləcə də Kalanqos Fondu ilə birgə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə "Ürək Cərrahlarının III Beynəlxalq Rekonstruktiv Ürək Cərrahiyyəsi” konfrası keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının ürək cərrahı Kənan Əsədov da iştirak ediblər.
Konfrans zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı Rəşad Mahmudov "Fallo Tetradasında sağ mədəcik çıxış yolu rekonstruksiyasının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib və ölkəmizin ürək cərrahiyyəsi sahəsində əldə etdiyi uğurlardan bəhs edərək auditoriyanın suallarını cavablandırıb.