SON XƏBƏR

Merkel Türkiyədə “referendumun nəticələrini gözləməliyik” dedi

Mart 24
14:49 2017
Almaniyanın Baş naziri Angela Merkel Türkiyə ilə AB arasındakı tam üzvlük müzakirələri ilə əlaqədar suala "Türkiyədəki deyə cavab verib.
 
Merkel Avropa Şurasını təmsil edən konstitusiya mütəxəssislərinin Venesiya Komissiyasında Türkiyədəki konstitusiya dəyişikliklərinin "demokratiyanı təhlükəli şəkildə gerilədəcəyi” qənaətini çox ciddi qəbul etdiyini söyləyib.
 
Almaniyanın Baş naziri bu həftənin sonunda 60 ilini qeyd edəcək olan Avropa Birliyindən İngiltərədən sonra çıxmaq istəyən başqa ölkə olmayacağını deyib.
 
Bu arada Prezident Tayyib Ərdoğan da CNN Türk-ə verdiyi müsahibədə Türkiyə ilə AB arasında yaşanan gərginliyi qiymətləndirib. Türkiyənin AB istiqamətində yeni addımlar atacağının siqnalını verən Ərdoğan "16 apreldən sonra çox sürprizlərlə qarşılaşa bilərik” deyib.
 
azadliq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook