SON XƏBƏR

"Merkel türk sultanının qarşısında günahkar vali kimi oturdu" — Almaniya mətbuatı

Sentyabr 06
11:31 2016
Almaniya mediası Çində keçirilən G-20 sammiti çərçivəsində Anqela Merkellə Rəcəb Tayyib Ərdoğanın görüşünü maraqlı şəkildə şərh edib. Onlar Anqela Merkeli "sultanın qarşısına çıxmış günahkar vali" adlandırıbar.
 
Qlobal.az Ölkə.az-a istinadən xəbər verir ki, sammitdə çəkilən bir fotoşəkil alman mediasını qəzəbləndirib.
 
Almaniya və Türkiyə liderlərinin görüşünü əks etdirən fotoşəkildə arxa fonda iki böyük türk bayrağı qoyulub.
 
Danışıqlar masasında isə kiçik masaüstü alman bayrağının yerləşdirilməsi və Merkelin təvazökar oturuşu almanlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu şəkildə Ərdoğanın əsl sultan kimi, Merkelin isə çəkingən bir tərzdə əyləşdiyini vurğulayıblar.
 
"Die Welt" qəzeti yazıb ki, "eyni hüquqlu iki NATO ölkəsi liderinin görüşündə danışıqlar aparılan salonun bu şəkildə hazırlanması təəccüb doğurur. İki böyük türk bayrağının fonunda o kiçik alman bayrağı sanki masa üzrinə son saniyədə qoyulmuşdu".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook