SON XƏBƏR

Merkel Türk futbolçunun soyunma otağına niyə girmişdi? – FOTO

Mart 27
01:19 2017
Almaniya milli yığmasının və "Arsenal”ın ulduzu Mesut Özil həyatından bəhs edən "Maçların sehri”’ kitabında futbol fəaliyyətində rastlaşdığı maraqlı məqamlar haqqında qeydlərini yazıb.

Bu qeydlərdən biri isə məşhur futbolçunun Almaniya kansleri Angela Merkellə soyunub-geyinmə otağında qəfil qarşılaşması haqqındadır.

Mesut Özil Merkellə qeyri-standart şəraitdə qarşılaşmasını və yarıçılpaq vəziyyətdə onunla görüşməsini belə təsvir edir.

Belə ki, Almaniya ilə Türkiyə milliləri 2012-ci il Avropa Çempionatı ələməsində 8 dekabr 2010-cu ildə üz-üzə gəlir. O maçtda Almaniya yığması Türkiyə üzərində 3:0 hesabı ilə qələbə qazanır ki, bu qolların dan ikisini Məsut vurmuşdu:

"79-cu dəqiqədə Lahmın verdiyi pasla topu Volkanın ayağı arasından göndərərək qol vurdum. 2-0 Almaniya önə keçdi. Amma sevinməmişdim. Çünki Nazan Eckesin dediyi kimi mənim qəlbim Alman yox, Türk atır. Matçdan dərhal sonra soyunub-geyinmə otağına getdim. Yaralanmışdım, sarğı etdirib yenidən soyunub-geyinmə otağına qayıtdım. Çılpaq və əlimdə dəsmal, yorğun şəkildə geri qayıdanda soyunub-geyinmə otağının ortasında xanım Angela Merkel dayandığını gördüm. Hökumət sözçüsü Steffen Seiubert və dövrün prezidenti Kristian Vulff ilə qızı Annalena da burada idi. Dərhal geri qayıtmaq istədim. Çünki çox utandım. Sahildə və istirahət yerində olmadığım üçün bir qadına, ölkənin ən güclü qadınına və bir qızın qarşısına yarıçılpaq halda çıxmaq istəməmişdim. Tələsik üzərimə bir şeylər geymək üçün ətrafıma baxdım. Tam o anda mənə əlini uzatdı. "Qələbənizə görə təbriklər Məsud – dedi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook