SON XƏBƏR

Meriyanın yeni mətbuat katibi: “Jurnalistlərlə işləmək borcumdur”

Fevral 14
10:49 2020
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yeni təyin olunan mətbuat katibi Mətin Hüseynov ilk təəssüratlarını Modern.az-la bölüşüb.

İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə bu vəzifəyə təyin olunan M.Hüseynov jurnalistlərlə sıx əməkdaşlıq çərçivəsində çalışacağını bildirib:

"Mən bu vəzifəyə cənab başçının əmrilə təyin olunmuşam. Jurnalistlərlə işləmək mənim vəzifə borcumdur.

Onlara cavab verib-verməmək mənim istəyimdən asılı olan məsələ deyil, bu, vəzifəmdir. Cənab başçının tapşırığına əsasən jurnalistlərlə sıx əlaqədə olacağam”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook